Berlində milad bazarı yaxınlığında 200-ə qədər patron aşkar etdilər
Berlində milad bazarı yaxınlığında 200-ə qədər patron aşkar etdilər

Berlində milad bazarı yaxınlığında patronlar aşkar etdilər. Bu barədə məlumatı alman mediyası yayır. Kişi polisə məlumat verdi ki, Şarlotenburq Sarayı yaxınlığında, milad bazarı ərazisində yerləşən yeraltı qarajda patronlar aşkar etdi. Burada 7,65 kalibrli 200-ə qədər patron var idi.

Buna görə həyacan bəyan edildi. Hüquqmühafizəçilər milad bazarı və Şarlotenburq Sarayını yoxladılar.

Az sonralar, Berlin polisində bəyan etdilər ki, aşkar olunan patronları terror təhlükəsi ilə əlaqələndirmirlər.

“Bild” nəşrinin məlıumatına görə, yeraltı qarajı yanında əvəələr baykerlərin klubu yerləşirdi.