Beka Peradze açıqlayır ki, bir aprelə qədər daxili məkanlarda canlı musiqinin ifası məhdudiyyət olaraq qalır
Beka Peradze açıqlayır ki, bir aprelə qədər daxili məkanlarda canlı musiqinin ifası məhdudiyyət olaraq qalır

Əmək Şəraiti Müfəttişliyi Departamentinin rəhbəri, ölkədə sabahdan hansı məhdudiyyətlərin götürüldüyünü açıqlayır.

Onun dediyinə görə, koordinasiya şurasının qərarına müvafiq olaraq, sabahda ictimai qida obyektləri üçün tədbiq olunan məhdudiyyətlərin müəyyən hissəsi aradan götürülürür.

“Bildiyiniz kimi, daxili məkanların fəaliyyəti qadağandır. Sabahdan açılırlar. Şənbə və bazar günlərindən başqa onların fəaliyyətinə icazə veriləcək”, – Peradze bəyan etdi.

Peradzenin dediyinə görə, 8 martdan işlərini həmçinin dağ kurortlarında olan kanat yolları da bərpa edəcəklər.

“O da yenilikdir ki, sabahdan topdan və pərakəndə satış hər gün, necə mollarda eləcə də bazarlarda mümkün olacaq.

Koronavirus məğlub edilməyib, halbuki epid-durum ilə bağlı müsbət dinamikamız var. Həddindən artıq önəmlidir ki, müsbət dinamikanı qoruyub saxlayaq. Buna görə, monitorinqi davam etdirəcəyik. İki həftə müşahudə nəticəsində yüngülləşdirmə imkanı olsa, şənbə və bazar günləri də məhdudiyyətlər aradan götürüləcək.

İctimai qida obyktləri ilə bağlı ən çox pozuntu haları var, qadağan olunan ictimai tədbirlərin keçirilməsi zamanı. Bir aprelə qədər daxili məkanlarda canlı musiqinin ifası məhdudiyyət olaraq qalacaq”, – Peradze qeyd etdi.

 

Şərh yaz