Beka Davutiliani - yazılarla bağlı istintaq bütün suallara cavab verəcək, bu isə, ola bilsin opponentlərin xoşuna gəlməsin
Beka Davutiliani - yazılarla bağlı istintaq bütün suallara cavab verəcək, bu isə, ola bilsin opponentlərin xoşuna gəlməsin

Parlament çoxluğunun üzvü, Beka Davituliani bəyan edir ki, yayılan yazılar fabrikasiyadır və bütün suallara istintaq cavab verəcək.

“Qanunsuz, fabrikasiya edilmiş yazıların mətninin dəyərləndirməsinə bu mərhələdə daxil olmayacam, çünki bunu etsək, onda minlərcə yayılan yazıları dəyərləndirməliyəm.

İstintaqa başlanıb. Yazılarla bağlı istintaq bütün suallara cavab verəcək, bu isə, ola bilsin opponentlərin xoşuna gəlməsin. Nə vaxt yazılıb, hansı mövzuya aiddir, necə əldə olunub, montaj edilib ya yox. Hamı obyektiv olan cavabı eşidəcək. İstintaq hər şeyi dəyərləndirəcək”, – Davituliani bəyan etdi.

Gürcüstan Baş Prokurorluğu yayılan gizli yazılar əsasında, Gürcüstan Cinayət Məcəlləsinin 158-ci maddəsinin birinci və ikinci hissələri ilə nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaqa başaladı.