Batuminin İnfeksiya Xəstəxanasına yerləşdirilən Ukrayna vətəndaşında koronavirus təsdiq olunmadı
Batuminin İnfeksiya Xəstəxanasına yerləşdirilən Ukrayna vətəndaşında koronavirus təsdiq olunmadı

Batuminin İnfeksiya Xəstəxanasına yerləşdirilən Ukrayna vətəndaşında yeni koronavirus təsdiq olunmadı.

Acara İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, klinika qeyd olunan ilə bağlı analiz cavabını laboratoriyadan bu gün aldı.

Ukrayna vətəndaşı, 50 yaşına qədər kişi Batumiyə gəmi ilə, İtaliyadan Ukraynanı keçərək gəldi. O, geri qayıtmağı planlaşdırırdı, lakin yüksək temperatura görə, Batuminin İnfeksiya Xəstəxanasına yerləşdirildi.

Bu vaxt üçün mövcud olan məlumata görə, Acara Muxtar Respublikasında 50 insan evdə izloasiyada, 30 nəfər isə karantin rejimindədir. Bununla yanaşı İnfeksiya Klinikasının bokslaşdırılmış şöbəsində heç bir pasient yoxdur.