Batuminin qızdırma mərkəzlərində koronavirus üzrə 41 pasiyentin analiz cavabını gözləyirlər
Batuminin qızdırma mərkəzlərində koronavirus üzrə 41 pasiyentin analiz cavabını gözləyirlər

Batuminin qızdırma mərkəzlərində koronavirus üzrə bu gün 41 pasiyentin analiz cavabını gözləyirlər.

Klinikaya onlar virusə bənzər simptomlarla müraciət etdilər. Testlərin cavabı axşam məlum olacaq.

Gün ərzində həmçinin məqsədyönlü tədqiqatlar da keçiriləcək.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə bölgədə koronavirus üzrə “PCR” test 13 275 insana edildi.

30 apreldən sonra Acarada koronavirusa yoluxmanın yeni halı qeydə alınmayıb.

Şərh yaz