Batumidə yol qəzası nəticəsində bir nəfər xəsarət aldı
Batumidə yol qəzası nəticəsində bir nəfər xəsarət aldı

Batumidə yol qəzası nəticəsində bir nəfər xəsarət aldı. Minik maşını mikroavtobusla toqquşdu.

Hadisə az öncə, Baqrationi və Tavdadebuli küçələrinin kəsişməsində baş verdi.

Xəsarət alanı xəstəxanaya yerləşdirdilər. İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başladı.