Batumidə yenə dörd hamilədə koronavirus təsdiqləndi
Batumidə yenə dörd hamilədə koronavirus təsdiqləndi

Batumi Doğum Evində koronavirusa yoluxan hamilə qadınların sayı 16-ya çatıb.

Bu barədə məlumatı Doğum Evinin direktoru Nuqzar Papava verdi.

Onun dediyinə görə, koronavirus bugün yenə dörd hamilədə təsdiqləndi.

Papava qeyd etdi ki, xəstəlik hamilə pasiyentlərdə simptomsuz keçir və onların sağlamlıq vəziyyətləri stabildir.

“Xüsusi narahatçılıqları və simptomları yoxdur. Hazırda hamilə pasiyentlərimiz həkimlərin müşahidəsi altındadırlar və özlərini yaxşı hiss edirlər” – dedi Nuqzar Papava.