Batumidə keçirilən aksiyanı "Vətəndaşlar" partiyasının nümayəndələri də tərk etdilər
Batumidə keçirilən aksiyanı "Vətəndaşlar" partiyasının nümayəndələri də tərk etdilər

Batumidə keçirilən aksiyanı Aleko Elisaşvilinin “Vətəndaşlar” partiyasının nümayəndələri də tərk etdilər. Səbəb “Mişa gəl” bannerləri oldu. Açıqlamanı Acara təşkilatının sədri, Qenri Dolidze verdi.

“Hər bir partiyanın özünün daxili məqsədi var və həmçinin bir məqsədimiz də var, təkrar seçkilər keçirilsin. Biz ümumi tələblərə qatılırıq. Bu günki aksiya başqa forma götürdü. Bir partiyanın reslərinə doğru gedirdi və biz kənarlaşdıq.

Mişa gəl şuarına qatılmırıq”, – Dolidze bəyan etdi.

Batumidə keçirilən etiraz aksiyasını “Lelo” partiyasının nümayəndələri də tərk etdilər. Lakin qeyd olunanın konkret səbəbini hələlik açıqlamayıblar.