Batumidə iki oyuncaq mağazası soyuldu
Batumidə iki oyuncaq mağazası soyuldu

Batumidə, mərkəzi parkın yanında yerləşən iki oyuncaq mağazası soyulub.

Hadisə dünən gecə saatlarında baş verib.

Mağaza sahibinin dediyinə görə, mağazaların birindən 600 lari aparılıb.

Soyğunçu mağazaya elə daxil olub ki, nə qapı qırılmayıb, nə də siqnalizasiya sistemi çalışmayıb.

Soyğun barədə bildiriş Daxili İşlər nazirliyinə bu gün daxil oldu.

Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə başladı, hansı ki, cəza tədbiri olaraq, 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.