Batumidə, dənizdə kişi cəsədi tapılıb
Batumidə, dənizdə kişi cəsədi tapılıb

Batumidə, liman sahilinin yanında, dənizdə kişi cəsədi tapılıb.

Fövqəladə Halların idarəedilməsi xidmətinin məlumatına görə, cəsəd sahildən 700 metrlik məsafədə tapılıb.

Cəsədin tapıldığı yerdə yoxlanış davam edir. Faktla bağlı istintaq aparılır.

Hadisə ilə bağlı əlavə məlumat hələlik yoxdur.