Batumidə Ağır Atletika üzrə Avropa Çempionatının rəsmi açılışı [Video/Foto]

Bugün səhərdən Batumidə Ağır Atletika üzrə dünya çempionatı başladı.

Açılış mərasimindən sonra səhnəyə ölkə prezidenti Salome Zurabişvili çıxdı və tədbir iştirakçılarına nitqlə müraciət etdi.

“Gürcüstan üçün böyük şərəfdir ki, Ağır Atletika üzrə Avropa Çempionatı burada keçirilir. Çempionatın burada keçirilməsi deməkdir ki, bu idman növündə Gürcüstan beynəlxalq idman dostluğunun etibarını qazanıb və bu bizim dəyərli idmançılarımızın sayəsində oldu. Onlara təşəkkürümü bildirmək istəyirəm” – dedi prezident.

Batumidə bugün Ağır Atletika üzrə Avropa Çempionatı keçirilir.

Prezidentdən sonra, səhnəyə Acarıstan Muxtar Respublikasının sədri Tornike Rijvadze və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri çıxdılar və idmançılara müvəffəqiyyətlər arzuladılar.