Batumi və ətraf ərazilərdə güclü yağış nəticəsində sürüşmə prosesləri inkişaf edib
Batumi və ətraf ərazilərdə güclü yağış nəticəsində sürüşmə prosesləri inkişaf edib

 

Batumi və ətrafdakı ərazilərdəki yaşayış məntəqələrində güclü yağış nəticəsində küçələri su basıb və sürüşmə prosesləri inkişaf edib.

Fövqəladə Vəziyyətin İdarəedilməsi Xidmətinə 100-dən çox bildiriş daxil olub.

Kütlə avtomobil yolunu müvəqqəti bağlayıb. Batumi merinin sözlərinə görə, ərazi təmizlənib və nəqliyyatın hərəkəti artıq bərpa olunub.

Qurumdan verilən məlumata görə, sabah maqistral yolda əsaslı işlərin həyata keçirilməsi üçün geodeziya işləri aparılacaq və layihə-xərc sənədləri hazırlanacaq.

Petre Iberi, Nachğebia, Müqəddəs Nino və Mirian Mepe küçələrinin yaxınlığında da kiçik sürüşmə prosesləri inkişaf edib. Artıq bütün lokasiyalarda təmizlik işləri aparılır.