Batumi laboratoriyalarında ötən gecə 749 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı
Batumi laboratoriyalarında ötən gecə 749 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı

Batuminin laboratoriyalarında koronavirus üzrə ötən gecə 749 şəxsi yoxladılar. Acara Səhiyyə Nazirliyinin məumatına görə, testlərin hamısının cavabı mənfidir.

Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzlərinə yerləşdirilmiş 21 pasiyenti yoxlayacaqlar. Onların cavabı sabah məlum olacaq.

Ümumilikdə, Acarada “PCR” testi cəmi 28 948 insana edildi. Bu vaxt üçün, karantində 2 190 insan qalır.