Batumi girişində 20 mindən artıq yolçuya termoskrininq keçirildi
Batumi girişində 20 mindən artıq yolçuya termoskrininq keçirildi

Daxili İşlər Nazirliyinin məlumatına görə, Batumi girişində 20 mindən artıq yolçuya termoskrininq keçirildi.

Termoskrininq yoxlanışları şəhərin iki nəzarət məntəqəsində üçüncü gündür davam edir.

Yüksək temperaturu olan şəxslər xəstəxanaya aparılırlar.

Daha az temperaturu olanları isə, nəzarət məntəqəsində qurulan çadırda, Səhiyyə Nazirliyinin əməkdaşları yoxlayırlar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, nəzarət şəhər ərazisində də sərtləşdirilib.

Monitorinq tibbi maskaların taxılması və sosiyal məsafənnin qorunması ilə bağlı aparılır.