Batumi Doğum Evində kovid-infeksiyalı 12 hamilə qadın müəlicə olunur
Batumi Doğum Evində kovid-infeksiyalı 12 hamilə qadın müəlicə olunur

Batumi Doğum Evində koronavirusa yoluxan hamilələrin sayı 12 oldu.

Bu barədə məlumatı doğum evinin direktoru Nuqzar Papava verdi.

Onun dediyinə görə, pasiyentlərdə proses simptomsuz keçir və onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Nuqzar Papavanın dediyinə görə, Batumi Doğum Evi sadəcə 30 kovid-infeksiyalı pasiyenti qəbul etmək üçün hazırdır.