Batumi Avropanın ən təhlükəsiz turistik istiqamətləri top onluğundadır
Batumi Avropanın ən təhlükəsiz turistik istiqamətləri top onluğundadır

 

Avropada məşhur səyahət platformu European Best Destinations Batumi və Tbilisini ən təhlükəsiz turistik istiqamətlər  arasında hallandırıb.

Reytinqdə Tbilisi birinci yeri tutur,Batumi isə yeddinci yerdə qərarlaşıb.

Məşhur portal məqalədə Covid 19-a yönəlik Gürcüstanın uğurlarına diqqət çəkir,Tbilisi və Batumini isə ən təhlükəsiz ölkələrin top onluğunda hallandırır.

European Best Destinations-ın 20 ən təhlükəsiz səyahət istiqamətləri olaraq-Korfu,Zaqreb,Varşava,Vyana,Vilnius,Qdanski,Riqa və s. seçilib.

European Best Destinations , Avropada mədəniyyət və turizmin təşviqi və tanıdılması  üçün yaradılan,   aparıcı ,müstəqil bir təşkilatdır.

Təşkilatın əsas portalı European Best Destinations. com  Avropada ən çox ziyarət edilən turistik  veb səhifədir, səyahət edənlərə müxtəlif  turistik istiqamətlər haqqında məlumat verir.

 Məlumatı Acharanın Turizm və Kurortlar Departamenti yayır.

Hazırladı-Sevinc Mustafayeva