Batumi Avropanın artan turist istiqaməti titulunu - turist "oskarını" aldı

Portuqaliyada, Madeyrada turizmin “World Travel Awards” mükafatlandırma mərasimində aşkar oldu ki, Batumi Avropanın artan turist istiqaməti titulunu – turist “oskarını” aldı. Məlumatı Acara hökumətində təsdiq edirlər.

Mükafata Batumi ilk dəfə təqdim olunmuşdu və onun rəqibləri arasında Sofia (Bolqarıstan), Matera (İtaliya), Bakı (Azərbaycan), Lubliyana (Sloveniya), Kutna Hora (Çexiya), Mostar (Bosniya və Herseqovina) və Derry (Şimali İrlandiya) var idi. Batumi üçün arsusunda olan istənilən şəxs aprelin 28-də daxil olmaqla tədbirin rəsmi veb səhifəsində səs verə bilərdi.

Tədbir 1993-cü ildən keçirilir.