Batumi Avropa idman şəhəridir (video)
Batumi Avropa idman şəhəridir (video)

Brüsseldə, Avropa paytaxtları və şəhərlərinin idman federasiyası (ACES Europe) Batumiyə 2019-cu ilin Avropa idman şəhəri statusunu rəsmi olaraq verdi.

Mükafatlandırma mərasimi Avropa Parlamentində keçirildi. Burada titul və bayrağı, Belçikada xüsusi səfərdə olan Batuminin meri, Laşa Komaxidze təhvil aldı.

Batumi üçün bu titulun verilməsi cari ilin yayında qırara alındı. O zaman, şəhərin meriyasının tələbə əsasında, təşkilatın xüsusi komissiyası Acaraya gəldi. Komissiyaya prezident Can Françesko rəhbərlik edirdi. Onlar Batumidə səfərdə olarkən idman obyektlərini gözdən keçirdilər və mövcud durumu yerində dəyərləndirdilər.

Batumi Gürcüstanın şəhərlərində bu tituli alan ilk şəhərdir.

ბათუმს ევროპის სპორტის ქალაქის ტიტული ბრიუსელში საზეიმო ვითარებაში გადაეცა

Posted by ლაშა კომახიძე / Lasha Komakhidze on სამშაბათი, 04 დეკემბერი, 2018