Baş prokurorluq məhkumların əfv edilməsi məsələsi ilə bağlı istintaq başlatdı
Baş prokurorluq məhkumların əfv edilməsi məsələsi ilə bağlı istintaq başlatdı

Gürcüstanın Baş prokurorluğu məhkumların əfv edilməsi məsələsi ilə bağlı istintaq başlatdı.

Baş prokurorluğun bəyanatında deyilir ki, istintaq vəzifə səlahiyyətlərindən suistifadə faktı ilə bağlı aparılır.

“Gürcüstanın baş prokurorluğu Ramaz Devadze, Aslan Bejanidze və digər məhkumların prezident tərəfindən əfv edilməsi ilə bağlı, Gürcüstanın cinayət məcəlləsinin 332-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparır, hansı ki, vəzifə səlahiyyətlərindən suistifadəyi nəzərdə tutur.

Aparılan istintaqla bağlı ictimaiyyətə məlumat veriləcək” – deyilir prokurorluğun bəyanatında.