Baş nazir, Giorgi Qaxariyarının rəhbərliyi ilə, sərmayədarlar şurasının iclası keçirildi
Baş nazir, Giorgi Qaxariyarının rəhbərliyi ilə, sərmayədarlar şurasının iclası keçirildi

Baş nazir, Giorgi Qaxariyarının rəhbərliyi ilə, sərmayədarlar şurasının iclası keçirildi. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, video konfrans formatında keçirilən görüşdə şura üzvləri “COVID-19” pandemiyası şəraitində Gürcüstanda sərməyələrin həvəsləndirilməsinə imkanların yaradılması üçün şuranın rekomendasiyalarını müzakirə etdilər və sərmayə mühitinin daha artıq yaxşılaşdırılması istiqaməti ilə həyata keçiriləsi tədbirlər barəsində müzakirələr apardılar.

“Kapital bazarının inkişafına imkanların yaradılmasına, energetika və təhsil sahəsində həyata keçiriləsi və planlaşdırılmış islahatlara xüsusi diqqət yetirildi. Söhbət zamanı kənd təsərrüfatına daha artıq xarici sərmayələrin cəlb olunmasına toxunuldu.

Həmçinin qeyd olundu ki, Gürcüstan hökuməti necə beynəlxalq, eləcə də yerli ekspertlər ilə ölkənin uzunmüddətli iqtisadi inkişafı planı üzərində işləyir”, – Baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.