Barselonada baş verən etiraz aksiyalarında 30-dan artıq hüquqmühafizəçi zərər gördü
Barselonada baş verən etiraz aksiyalarında 30-dan artıq hüquqmühafizəçi zərər gördü

Barselonada baş verən etiraz aksiyalarında 30-dan artıq hüquqmühafizəçi zərər gördü.

Qarşıdurma kütləvi etiraz aksiyasındaki demonstrantlar və polis arasında baş verdi.

Daxili İşlər Nazirliyi hüquqmühafizəçilərin hansı xəsarətləri aldıqları və sağlamlıq vəziyyətlərinin necə olduğu barədə dəqiq məlumat vermir.

Barselonada və Jironada geniş-miqyaslı aksiya oktyabrın 1-də, Kataloniya regionunun İspaniyanın tərkibindən ayrılması ilə bağlı keçirilən referendumun bir illiyini qeyd etmək məqsədi ilə başladı.