Barselona - Real Madrid 6 mayda keçiriləcək
Barselona - Real Madrid 6 mayda keçiriləcək

Növbəti ElClasico-nun dəqiq tarixi məlum oldu.

İspaniya çempionatının 36-cı turunda Barselona və Real Madrid Camp Nou-da mayın 6-da görüşəcəklər. Oyun saat 22:45-də başlayacaq.

Bu komandaların ilk matçı Santiago Bernabeu-da Barselona 3:0 hesabı ilə qələbə qazandı. Bundan başqa bu mövsümdə Barselona və Real İspaniya Super Kubokunda görüşdülər və hər iki görüşdə Madrid klubu qələbə qazandı – 2:0 və 3:1.

İspaniya çempionatında Barselona birinci yerdədir və Real Madrid-dən 15 xal ilə irəlidədir.