Banqladeşdə 19 yaşlı qızı cinsi zorakılıq faktını polisə bildirdiyinə görə diri-diri yandırdılar
Banqladeşdə 19 yaşlı qızı cinsi zorakılıq faktını polisə bildirdiyinə görə diri-diri yandırdılar

Banqladeşdə 19 yaşlı qızı cinsi zorakılıq faktını polisə bildirdiyinə görə diri-diri yandırdılar.

Bu barədə məlumatı BBC yayır.

Nusrat Cahan Rafinin üstünə, öz məktəbinin ərazisində benzin töküb yandırdılar.

Medyanın məlumatına görə, 19 yaşlı qız məktəb direktoruna qarşı polisə şikayət daxil etmişdi.

O polisə ailəsi ilə birlikdə getdi. Nusrat Cahanın ifadəsini polis əməkdaşı mobil telefonla çəkirdi və daha sonra yayılan video-yazıda görünür ki, polis əməkdaşı, əlləri ilə üzünü örtən qızdan əllərini üzündən çəkməsini tələb edirdi.

Martın 27-də, qızın ifadəsindən sonra, məktəb direktoru həbs edildi, ancaq onun tərəfdarları, iki məktəbli oğlanın təşəbbüsü ilə, Nusrat Cahana qarşı küçələrdə aksiyalar keçirilirdi. Onlar zorakılıq edən direktorun azad edilməsini tələb edirdilər və baş verənlərdə qızı suçlayırdılar.

Nusratın ailəsi onu məktəbə göndərməyə qorxurdu, ancaq baş verənlərdən 11 gün sonra, gənc qız imtahanları tapşırmaq üçün məktəbə getməli oldu.

“Məni məktəb ərazisinə buraxmadılar, yoxsa içəridə, yanında olardım və başına bu iş gəlməzdi” – dedi Nusrat Cahanın qardaşı,

Məlum oldu ki, Nusratı məktəbli bir qız yalan deyərək, məktəb binasının damına çıxartdı, harda onu üç baş örtülü şəxs gözləyirdi. Onlar qızdan şikayətini geri çəkməsini tələb edirdilər. Gənc qız imtina edincə isə, üstünə benzin töküb, yandırdılar.

BBC-nin məlumatına görə, qatillər bu hadisəyi suiqəst kimi göstərmək istəyirdilər, ancaq, gənc qız ölmədən öncə qardaşının telefonuna səsini yazmağı çatdırdı, harda o deyir: “Müəllim mənə toxundu və mən son nəfəsimə qədər mücadələ edəcəm”.

Gənc qız hətta ona hücüm edənlərin kimliyini də bildirdi.

Baş verən hadisə bütün Banqladeşi ayağa qaldırdı.

Hələlik 15 nəfər həbs olunub.Onların arasında, küçə aksiayalarını təşkil edən iki oğlan da var.

Gənc qızdan ifadə alan polis əməkdaşı da işdən azad edilib. İfadəsini telefona çəkən polis əməkdaşı qıza deyirmiş ki, “bunlar cüzi şeylərdir, niyə gəlib şikayət edirsən”.

BBC-nin məlumatına görə, Banqladeş ictimaiyyəti deyir ki, belə hadisələrdən və belə reaksiyadan qorxduqları üçün gənc qızlar cinsi zorakılığa qarşı səslərini çıxarda bilmirlər.

Banqladeşin “Mahira Parişd Banqladeş” adlı qadın hüquqlarını qoruyan qrupun bəyanatına görə, 2018-ci ildə, Banqladeşdə 940 cinsi zorakılıq halları qeydə alınıb, ancaq real göstəricilər dəfələrlə ondan çoxdur.

“Cinsi zorakılığa məruz qalan qadın hüquqi yollara müraciət etdiyi zaman, daha çətin problemlərlə üzləşməli olur. Cəmiyyət onu qınayır.  Polis əməkdaşları isə, adekvat reaksiya vermək üçün hazır deyillər. Ona görə də qadınlar zorakılıq qurbanları olmağa, cinayətkarlar isə, cinayətlərinə davam edirlər” – deyirlər qrupun nümayəndələri.