Baço Axalaya Serqo Tetradzenin işgəncəsi işi üzrə 9 il azadlıqdan məhrum edildi
Baço Axalaya Serqo Tetradzenin işgəncəsi işi üzrə 9 il azadlıqdan məhrum edildi

Polkovnik Serqo Tetradzenin işgəncəsi işi üzrə, keşmiş müdafiə naziri, Baço Axalayanı məhkəmə müqəssir hesab etdi və onu doqquz il azadlıqdan məhrum etdi.

Məhkəmə həmçinin bu işdə ittiham olunan Nikoloz Dzimseişvilini müqəssir hesab edərək 4 il azadlıqdan məhrum etdi.

Məhkəmə müzakirələri dörd il ərzində aparılırdı.

Təqaüdçü Polkovnik Serqo Tetradzeni və daha üç nəfəri – David Londaridze, Giya Qorelaşvili və Serqey Çapliqini cəsusluq ittihamı ilə 2011-ci ilin sentyabrında həbs etdilər. Yaxalandıqdan bir həftə sonra, Tetradze həbsxanada vəfat etdi.