Azərbaycanın Serbiyada səfiri yaxalanıb
Azərbaycanın Serbiyada səfiri yaxalanıb

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov maliyyə pozuntuları istintaqı çərçivəsində yaxalanıb.

“Trend” agentliyinin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən yazdığına görə, diplomat büdcə vəsaitlərinin qeyri məqsədyönlü xərclənməsində və başqa cinayətlərdə şübhəli bilinir.

Media Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.

Başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir.

 

Şərh yaz