Azərbaycanın növbədənkənar Parlament seçkilərində saat 17:00 üçün fəallıq 45 faizi təşkil etdi
Azərbaycanın növbədənkənar Parlament seçkilərində saat 17:00 üçün fəallıq 45 faizi təşkil etdi

Azərbaycanın növbədənkənar Parlament seçkilərində saat 17:00 üçün 2 389 754 seçici səs verdi, bu isə, ümumi seçicinin 45 faizidir. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Seçki Komissiyası yaydı.

Azərbaycan prezidenti, İlham Əliyev növbədənkənar Parlament seçkilərində iştirak etdi. O, Bakının altı saylı seçki məntəqəsində öz seçimini etdi.

Azərbaycanda bu gün növbədənkənar seçkilər üçün 5573 məntəqə səhər saat 08:00-da açıldı. Səsvermə hüququ beş milyondan artıq seçicinin var.

Azərbaycan Mərkəzi Seçki Komissiyasından bəyan etdiklərinə görə, seçkilərdə rekord saylı namizəd qediyyatdan keçib. Onların sayı 1314-dür.

Seçkilər majoritar sistem ilə keçirilir. Öz namizədliyini 20 siyasi partiya təqdim edib. Həmçinin böyük sayda müstəqil namizəd var.

İlkin proqnozlara görə, 125 mandatlıq Milli Məclisdə çoxluğu hakim partiya, “Yeni Azərbaycan” partiyası alacaq.

Eqzitpolu üç şirkət keçirəcək. Seçkiləri 77 min yerli və 880-dən artıq beynəlxalq müşahidəçi müşahidə edəcək. Onların dəyərləndirməsi sabah məlum olacaq.

Seçki məntəqələri Tbilisi vaxtı ilə saat 19:00-da bağlandı. Parlament seçkilərini 130-dan artıq xarici media vasitəsi, o cümlədən Gürcüstanın Birinci Kanalı işıqlandırır.