Azərbaycanda son bir gün ərzində koronavirusun 391 halı qeydə alındı, doqquz insan vəfat etdi
Azərbaycanda son bir gün ərzində koronavirusun 391 halı qeydə alındı, doqquz insan vəfat etdi

Azərbaycanda son bir gün ərzində koronavirus 391 insanda təsdiq olundu.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, “COVID-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir. Son bir gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə, 649 953 test edilib.