Azərbaycanda son 24 saat ərzində koronavirusun 135 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 135 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 135 yeni halı aşkar edildi. Müvafiq göstəriciləri ölkənin operativ qərargahı yayır.

Elə onların məlumatına görə, son bir gün ərzində 127 pasiyent sağaldı, iki insan isə, vəfat etdi.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda  iki mindən artıq virusa yoluxan pasiyent müalicə olunur.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 36 309 təsdiq olunmuş halı aşkar edilib, 34 mindən artıq pasiyent müalicə olunaraq sağalıb, 531 insan vəfat edib.