Azərbaycanda  son 24 saat ərzində 136 nəfərin koronavirusa yoluxması təsdiqlənib,yoluxmuş 3 nəfər isə vəfat edib
 Azərbaycanda  son 24 saat ərzində 136 nəfərin koronavirusa yoluxması təsdiqlənib,yoluxmuş 3 nəfər isə vəfat edib

 

Azərbaycanda  son 24 saat ərzində 136 nəfərin koronavirusa yoluxması təsdiqlənib,yoluxmuş 3 nəfər   vəfat edib,71 nəfər isə sağalıb.

Müvafiq məlumatları ″Trend ″ Agentliyi  Azərbaycan hökuməti yanında Operativ Qərargaha istinadən  yayır.

Rəsmi məlumatlara görə,Azərbaycanda  cəmdə 3 274 nəfər  koronavirusa yoluxub,onlardan 2015-i sağalıb,39 pasiyent isə dünyasını dəyişib.

Hazırda xüsusi rejim xəstəxanalarında 1220 pasiyentin müalicəsi davam etdirilir,onlardan 43-nün vəziyyəti ağırdır.

 

Hazırladı-Sevinc Mustafayeva