Azərbaycanda, Şəki Xan Sarayında ağac budağının yerə düşməsi nəticsində 19 insan xəsarət aldı

Azərbaycanda, Şəki Xan Sarayında 500 illik ağac budağının yerə düşməsi nəticsində 19 insan xəsarət aldı. Onlar arasında turistlər də var. Məlumatı Azərbaycan Səhiyyə Nazirliyi yayır.

Hadisə nəticəsində xəsarət alanlardan ikisi xəstəxanada qalmaqdadır. Xəsarət alanlardan ikisi Rusiya, beşi isə, Suriya vətəndaşıdır.

Azərbaycan mediasının yaydığı məlumata görə, hadisəyə səbəb son zamanlar bölgədə olan güclü küləkdir.