Azərbaycanda koronavirusun 814 yeni halı aşkar edildi, 12 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 814 yeni halı aşkar edildi, 12 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 814 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 342 pasiyent müalicə olunaraq sağaldı, 12 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 246 304 təsdiq olunmuş halı aşkar edilib, 232 876 pasiyent müalicə olunaraq sağalıb, 3 351 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 10 077 pasiyent müalicəsini davam etdirir.