Azərbaycanda koronavirusun 76 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 76 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 76 yeni halı aşkar edildi, 104 pasiyent sağaldı, iki insan isə, vəfat etdi.

Müvafiq göstəriciləri, yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 1 979 virusa yoluxan pasiyent müalicə olunur.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 38 403 təsdiq olunmuş halı aşkar edilib, 35 860 pasiyent müalicə olunaraq sağalıb, 564 insan vəfat edib.

Şərh yaz