Azərbaycanda koronavirusun 635 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 635 yeni halı aşkar edildi

Azərbaycanda ötən bir gün ərzində koronavirusun 635 yeni halı aşkar edildi, 12 pasiyent vəfat etdi

Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 66 046 təsdiq olunmuş halı aşkar edilib, 49 411 pasiyent müalicə olunaraq sağalıb, 852 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 15 783virusa yoluxan pasiyent müalicə olunur.

Son 24 saat ərzində Azərbaycanda 503 pasiyent müalicə olunaraq sağaldı.