Azərbaycanda koronavirusun 608 yeni halı qeydə alındı
Azərbaycanda koronavirusun 608 yeni halı qeydə alındı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 608 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 128 pasiyent müalicə olunaraq sağaldı, beş pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 238 383 təsdiq olunmuş halı aşkar edilib, 230 244 pasiyent müalicə olunaraq sağalıb, 3 262 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 4 877 pasiyent müalicəsini davam etdirir.