Azərbaycanda koronavirusun 601  yeni halı qeydə alındı, 19 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 601 yeni halı qeydə alındı, 19 pasiyent vəfat etdi

Azərbaycanda koronavirusun 601 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 1 593 pasiyent müalicə olunaraq sağaldı, 19 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  224 651 təsdiq olunmuş halı aşkar edilib, 208 681 pasiyent müalicə olunaraq sağalıb, 2 909 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 13 061 virusa yoluxan pasiyent müalicə olunur.

Şərh yaz