Azərbaycanda koronavirusun 515 yeni halı aşkar edildi, 201 pasiyent sağaldı
Azərbaycanda koronavirusun 515 yeni halı aşkar edildi, 201 pasiyent sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 515 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 201 pasiyent müalicə olunaraq sağaldı, yeddi pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 237 775 təsdiq olunmuş halı aşkar edilib, 230 116 pasiyent müalicə olunaraq sağalıb, 3 257 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 4 402 pasiyent müalicəsini davam etdirir.

Şərh yaz