Azərbaycanda koronavirusun 412 yeni halı qeydə alındı
Azərbaycanda koronavirusun 412 yeni halı qeydə alındı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 412 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 125 pasiyent müalicə olunaraq sağaldı, vəfat edən olmayıb.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 340 057 təsdiq olunmuş halı aşkar edilib, 331 907 pasiyent müalicə olunaraq sağalıb, 5 002 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 3 148 pasiyent müalicəsini davam etdirir.