Azərbaycanda koronavirusun 4 403 yeni halı qeydə alındı
Azərbaycanda koronavirusun 4 403 yeni halı qeydə alındı

Azərbaycanda koronavirusun 4 403 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 42 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  158 555 təsdiq olunmuş halı aşkar edilib, 96 330 pasiyent müalicə olunaraq sağalıb, 1 755 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 60 470 virusa yoluxan pasiyent müalicə olunur.