Azərbaycanda koronavirusun 4 219 yeni halı qeydə alındı, 38 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 4 219 yeni halı qeydə alındı, 38 pasiyent vəfat etdi

Azərbaycanda koronavirusun 4 219 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 3 562 pasiyent müalicə olunaraq sağaldı, 38 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  162 744 təsdiq olunmuş halı aşkar edilib, 99 892 pasiyent müalicə olunaraq sağalıb, 1 793 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 61 089 virusa yoluxan pasiyent müalicə olunur.