Azərbaycanda koronavirusun 4 203 yeni halı qeydə alındı, 1 724 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda koronavirusun 4 203 yeni halı qeydə alındı, 1 724 pasiyent müalicə olunaraq sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 4 203 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 1 724 pasiyent müalicə olunaraq sağaldı, 35 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 409 745 təsdiq olunmuş halı aşkar edilib, 354 864 pasiyent müalicə olunaraq sağalıb, 5 469 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 49 412 pasiyent müalicəsini davam etdirir.