Azərbaycanda koronavirusun 322 yeni halı qeydə alındı, 11 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 322 yeni halı qeydə alındı, 11 pasiyent vəfat etdi

Azərbaycanda koronavirusun 322 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 845 pasiyent müalicə olunaraq sağaldı, 11 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un  227 273 təsdiq olunmuş halı aşkar edilib, 215 268 pasiyent müalicə olunaraq sağalıb, 3 009 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 8 996 virusa yoluxan pasiyent müalicə olunur.

Şərh yaz