Azərbaycanda koronavirusun 2 735 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 2 735 yeni halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 735 yeni halı aşkar edildi. Məlumatı Azərbaycan mediası ölkənin nazirlər kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 28 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 89 898 təsdiq olunmuş halı aşkar edilib, 62 243 pasiyent müalicə olunaraq sağalıb, 1 107 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 26 548 virusa yoluxan pasiyent müalicə olunur.

Elə bu gün Azərbaycan hökuməti qərar verdi ki, ölkədə mövcud epidemioloji vəziyyəti nəzərə alaraq, maskanın gəzdirilməsi və karantin rejiminin müdafiəsi üzrə nəzarəti sərtləşdirsin.