Azərbaycanda koronavirusun 145 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 145 yeni halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 145 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 155 pasiyent müalicə olunaraq sağaldı, üç pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 232 636 təsdiq olunmuş halı aşkar edilib, 227 271 pasiyent müalicə olunaraq sağalıb, 3 190 insan vəfat edib.

Şərh yaz