Azərbaycanda koronavirusun 1 505 yeni halı qeydə alındı
Azərbaycanda koronavirusun 1 505 yeni halı qeydə alındı

Azərbaycanda koronavirusun 1 505 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 3 028 pasiyent müalicə olunaraq sağaldı, 43 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 203 593 təsdiq olunmuş halı aşkar edilib, 142 807 pasiyent müalicə olunaraq sağalıb, 2 253 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə xəstəxanalarda 58 533 virusa yoluxan pasiyent müalicə olunur.