Azərbaycanda koronavirusun 1 392 yeni halı aşkar edildi, 2 274 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda koronavirusun 1 392 yeni halı aşkar edildi, 2 274 pasiyent müalicə olunaraq sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 392 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 2 274 pasiyent müalicə olunaraq sağaldı, 29 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 317 913 təsdiq olunmuş halı aşkar edilib, 287 298 pasiyent müalicə olunaraq sağalıb, 4 490 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 26 125 pasiyent müalicəsini davam etdirir.