Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə qədər artdı
Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə qədər artdı

Azərbaycanda koronavirusa yoluxmanın 57 yeni halı aşkar edildi. Məlumatı Azərbaycan mediası nazirlər kabinetinin operativ qərargahına istinad edərək yayır.

Son bir gün ərzində Azərbaycanda koronavirusdan 12, ümumilikdə isə, 44 insan sağaldı.

Azərbaycanda yeni növ koronavirus bu günə qədər 641 insanda təsdiq olundu. Xəstəxanalarda bu vaxt üçün 590 insan müalicə olunur. Virusa yoluxanlardan 11 pasiyentin durumu ağırdır. Azərbaycanda koronavirus nəticəsində yeddi insan həlak oldu.