Azərbaycanda koronavirusa 379 yeni yoluxma halı qeydə alınıb
Azərbaycanda koronavirusa 379 yeni yoluxma halı qeydə alınıb

 

Azərbaycanda son 24 saat ərzində koronavirusa 379 yeni yoluxma halı qeydə alınıb,iki nəfər vəfat edib,153 pasiyent isə sağalıb.Bu barədə məlumatı Trend Agentliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına istinadən yayır.

İyunun 6-na olan göstəricilərə görə,Azərbaycanda cəmdə Covid 19-a 7 239 yoluxma halı qeydə alınıb,84 nəfər vəfat edib.4 024 nəfər sağalıb.

Xüsusi rejimli  xəstəxanalarında  hazırda 3 131 nəfərin müalicəsi davam etdirilir,onlardan 72-nin vəziyyəti ağırdır.

 Koronavirusun yayılması göstəricilərinin artması səbəbi ilə Azərbaycan hökuməti qeyri-iş günlərində Bakı və bir neçə şəhərdə yenidən karantin elan edib.

 

Hazırladı-Sevinc Mustafayeva