Azərbaycan Müdafiə Nazirliyi - Kəlbəcər rayonu istiqamətilə Ermənistan təxribat törətdi və ölkə ordusunun mövqelərini bombaladı
Azərbaycan Müdafiə Nazirliyi - Kəlbəcər rayonu istiqamətilə Ermənistan təxribat törətdi və ölkə ordusunun mövqelərini bombaladı

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu istiqamətilə Ermənistan təxribat törətdi və ölkə ordusunun mövqelərini bombaladı.

Azərbaycan Müdafiə Nazirliyində bəyan edirlər ki, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Azərbaycan mediası, ölkənin Müdafiə Nazirliyinə istinad edərək yazır ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.