Azərbaycan Müdafiə idarəsinin məlumatına görə, ölkənin hərbi bölmələri Ağdam rayonuna daxil oldular (video)

Azərbaycan Müdafiə idarəsinin məlumatına görə, ölkənin hərbi bölmələri Dağlıq Qarabağın Ağdam rayonuna daxil oldular. Bu barədə məlumatı yerli media yayır.

“Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya prezidentinin imzaladığı üçtərəfli razılaşma əsasında, 20 noyabrda Azərbaycan orudusunun hərbi bölmələri Ağdam rayonuna daxil oldular”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Azərbaycan ordusunun hərəkət etməsini əks etdirən video material sosial şəbəkələrdə yayılır.

9 noyabrda imzalanan üçtərəfli razılaşma əsasında Ağdam rayonu 20 noyabrda Azərbaycan nəzarəti altına keçməlidir.