Azərbaycan mediasının məlumatına görə, Bərdə şəhərinin bombalanması nəticəsində həlak olanların sayı 21-ə qədər artdı
Azərbaycan mediasının məlumatına görə, Bərdə şəhərinin bombalanması nəticəsində həlak olanların sayı 21-ə qədər artdı

Azərbaycanın Bərdə şəhərinin raketlə bombalanması nəticəsində həlak olanların sayı 21-ə qədər artdı, – bu barədə məlumatı Azərbaycan mediası ölkənin Baş Prokurorluğuna istinad edərək yayır.

Azərbaycan hakimiyyətinin məlumatına görə, raket zərbəsi nəticəsində 70-ə qədər insan xəsarət alıb.

Azərbaycan mediası yazır ki, yerli vaxtla saat 13:00 radələrində, Ermənistan silahlı qüvvələri Bərdənin mərkəzinə kaset bombaları ilə zərbə endirdilər.

Qeyd olunan ərazidə ticarət mərkəzləri yerləşir. Məlumat yayılır ki, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.